Millimizin baş məşqçisi: "Azərbaycan futzalının əsası, bünövrəsi yoxdu"

Futzal üzrə Azərbaycan millisinin və “Araz” klubunun ispaniyalı baş məşqçisi Tino Peres ölkəsinin mətbuatına müsahibə verib: 

- Rumıniya və Rusiyada yaşamısız, indi isə həyatınızı Azərbaycanda davam etdirirsiz. Evinizdən 5 min kilometrdən də çox uzaq məsafədə işləmək çətin deyil?

- Azərbaycana gəlməyimdə “Bakı Yunayted”də məşqçi işləmiş Çema Ximenesin rolu oldu. Onun Azərbaycan Futzal Federasiyasının hazırkı prezidenti Zaur Axundovla münasibəti var idi. Mənə dedi ki, yeni məşqçi seçimi ilə bağlı fikrimi soruşsalar, sənin adını deyəcəm. 1-2 gündən sonra isə dəvət aldım. Telefon zəngi açdılar. İdman direktorları ilə rus dilində danışdıqdan sonra təklifi qəbul etməməyə qərar verdim. Ancaq sonrakı gün prezident özü mənə zəng etdi və üzbəüz danışıq aparmaq üçün Bakıya dəvət etdi. Beləcə görüşdük və razılaşdıq. 

- Paytaxt Bakıda və Naxçıvanda yaşayış necədi?

- Biz Naxçıvanda yaşamırıq, Bakıda qalırıq. Çempionat Bakıda keçirildiyindən, ölkəni gəzməyə ehtiyac olmur. Bir əcnəbi olaraq, yaşayışımız, maaşımız çox yaxşıdı. Burda ay ərzində orta hesabla 150 avro məvacibə yaşamaq mümkün deyil. Bakıda həyat başqa paytaxtlardakı kimi ucuz deyil. Bakı çox gözəl, tarixi və müasir şəhərdi. Bir tərəfdə tarixi, digər tərəfdə isə hündürmərtəbəli binalara rast gəlmək mümkündü.

- Dünya çempionatının pley-off mərhələsinin ilk görüşündə səfərdə Hollandiyaya 5:1 hesabı ilə qalib gəldiz. İndidən Kolumbiyaya bilet sifariş vermək olarmı?

- Xeyr. Hollandiya ilə aprelin 12-də cavab görüşümüz olacaq. Yəni, onlar hələ şanslarını saxlayırlar.

- Hansı yığmaları dünya çempionatının favoritləri hesab edirsiz?

- 3 komandanı fərqləndirərdim: İspaniya, Braziliya və İran. Əsas favorit bunları hesab edirəm.

- Azərbaycanlı futzalı ilə Rusiyalı və İspaniyalı futzalı arasında nə kimi fərqlər var?

- Azərbaycan liqasında iştirak edən futzalçılarla bəzi nəticələr əldə olunsa da, ölkənin futzalının əsası, bünövrəsi yoxdu. Məktəb, gənc komandaları nəzərdə tuturam. Qadın futzalı, ümumiyyətlə, yoxdu. Yəni seçim imkanı azdı. Vəziyyəti dəyişmək üçün də nəsə etmək istəmirlər. Ancaq milli komanda ilə maraqlanırlar. Bütün bunlara rəğmən, mən dəyişiklik etməyə cəhd etdim. Lakin texniki kömək və futbol assosiasiyası tərəfindən dəstək olmadığı halda, bunu reallaşdırmaq çox çətindi. Təkcə onu demək bəs edər ki, ötən ilin sentyabrından yoldaşlıq oyunu keçirmirik.

- Moskva “Dinamo”sunu “Araz”a dəyişmək çətin olmadı?

- Xeyr. Çünki “Dinamo”dakı dövrümün tam başa çatdığını düşündüm. Oranı 2014-cü ilin iyun ayında tərk etdim. Həmin ilin oktyabrında isə Azərbaycana gələrək, “Araz”a qoşuldum.

- Məşqçilər korpusunun digər üzvləri ilə necə ünsiyyət qurursuz?

- Hamı – məşqçilər, tibbi personal, rəsmi şəxslər, federasiya prezidenti, oyunçular və digər insanlarla rus dilində danışıram. Yalnız ispanlarla öz dilimizdə danışırıq. Onlar müxtəlif vəzifələrdə çalışırlar.

- Növbəti mövsümdə hədəfiniz nədən ibarət olacaq?

- Hələ ki, bununla bağlı danışığımız olmayıb. Müzakirə edildikdən sonra hədəfimiz qətiləşdirilməlidi. Yaxın gələcəklə bağlı hələ heç nəyə aydınlıq gəlməyib.

- 20 il ərzində dayanmadan işləməyin sirri nədədi?

- (Gülür). Özüm də bu suala cavab axtarıram. Təkcə onu deyim ki, şansa inanmıram.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right