Rəcəb Fərəczadə: "Niderland keçiləsi rəqibdir"

Futzal üzrə Azərbaycan yığmasının üzvü Rəcəb Fərəczadə dünya çempionatına vəsiqə uğrunda Niderlanda qarşı keçiriləcək ilk pley-off matçı öncəsi fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:

"Hollandlarla oyuna martın 18-dən hazırlaşırıq. Rəqibimiz taktiki cəhətdən güclü deyil. Amma fərdi baxımdan təhlükəli oyunçulara malikdir. Komandada ərəblər çoxdur. Oynayacağımız meydançanın örtüyü bir qədər narahat edir. Özü də örtük yeni döşəndiyindən ötürmələrə təsir edir. Topun sürətini azaldır. Buna baxmayaraq, Niderland keçiləsi rəqibdir. Onların oyununu yaxşı analiz etmişik. Rəqibin səhvlərindən yararlanmağa çalışacağıq. Bu, bizim üçün tarixi şansdır. İlk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilərik. Bu şansdan yararlanmalıyıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right