Millimizin oyunu çex hakimə tapşırıldı

Dünya çempionatının "pley-off" mərhələsində Hollandiya və Azərbaycanın futzal üzrə milli komandaları arasında martın 22-də keçiriləcək ilk oyunun hakimləri açıqlanıb.

Newsport.az-ın məlumatına görə, qarşılaşmanın birinci referisi çexiyalı Ondrjey Çernı olacaq.

Fransalı Sedrik Pelissye ikinci, almaniyalı Sven Ayxler üçüncü hakim funksiyasını yerinə yetirəcək. Almere şəhərindəki "Topsportcentrum" arenasında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Qeyd edək ki, cavab görüşü aprelin 12-də Bakı İdman Sarayında olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right