"Avro-2016": Yığmamızın rəqibi müəyyənləşdi

Serbiyanın paytaxtı Belqradda keçirilən futzal üzrə Avropa çempionatının 1/4 finalçıları müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, D qrupunu ikinci pillədə başa vuran Azərbaycan yığmasının da rəqibi bəlli olub.

Komandamız C qrupunun qalibi Rusiya ilə üz-üzə gələcək. Millimizlə eyni qrupda yer alan İtaliya yığması isə C qrupunun ikincisi Qazaxıstanla münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları 8-9 fevral tarixlərində keçiriləcək.

 


Avropa çempionatının 1/4 final mərhələsinin cütlükləri aşağıdakı kimidir:


Serbiya - Ukrayna

Portuqaliya - İspaniya

Rusiya - Azərbaycan

Qazaxıstan - İtaliya 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right