Millimizin qapıçısı: "Hədəf AÇ-də qrupdan çıxmaqdır"

Futzal üzrə Azərbaycan yığmasının qapıçısı Rövşən Hüseynlinin müsahibəsi

- Avropa çempionatının final mərhələsinə hazırlıq necə gedir?
- Fiziki cəhətdən yaxşı hazırlıq keçmişik. İspaniyalı Migelin rəhbərliyi altında iki həftə məşq etmişik.

- Yığmamızın AÇ-yə hazır olduğunu demək olar?
- Bəli, tam hazırıq.

- Baş məşqçi Tino Peres qarşınıza hansı hədəfi qoyub?
- O, bizi turnirə yaxşı hazırlayıb. Öz gücümüzə böyük inamımız var. Deməli, yaxşı nəticəyə də nail ola bilərik. Bunun üçün əlimizdən gələni edəcəyik.

- İlk oyun İtaliyaya qarşı olacaq. Bu oyunda nəyə ümid edirsiniz?
- İtaliya Azərbaycan üçün ən ağır rəqiblərdən biridir. Necə də olmasa, Avropa çempionudur. Proqnoz vermək çətindir. Amma çətin olacağını bilirəm. Biz revanş almaq istəyirik.

- Təqvim yığmamız üçün nə dərəcədə sərfəlidir? Sizə elə gəlmir ki, ilk oyunu Çexiyaya qarşı keçirmək daha yaxşı olardı?
- Əksinə, İtaliyaya qarşı oyunla başlamaq daha yaxşıdır. Bu komanda Çexiyadan güclüdür. İlk oyundan sonra biz çexlərlə görüşdə nəyə ümid etmək lazım olduğunu dəqiq biləcəyik.

- Komandanın hədəfi nə olacaq?
- Qrupdan çıxmaq.

- Xorvatiyada təşkil olunan dünya çempionatının seçmə mərhələ oyunlarında millimizin qapısını siz qoruyurdunuz. Serbiyada da qapıda siz duracaqsınız?
- Belqrada iki qapıçı ilə gəlmişik. Hər ikimiz meydana çıxmağa hazırıq. Seçim baş məşqçinindir. Məni seçsələr, Xorvatiyadakından daha yaxşı oynamağa çalışacağam. Avropanın səviyyəli qapıçılarından hər yerdə danışırlar. Bu AÇ-də də məndən danışmalarını istəyirəm.

- Səfər öncəsi AFFA-nın baş katibi Elxan Məmmədovla görüşdünüz. O, qarşınızda duran hədəflərdən də danışdınızmı?
- Xeyr. Məmmədov bizə uğur arzuladı və bildirdi ki, bizi dəstəkləyirlər.

azerisport.az 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right