“La Liqa və Çempionlar Liqasının qalibi ola biləcəyimizə əminəm” – Laporta

“Barselona”nın prezidenti Xuan Laporta Kataloniya klubunun bu mövsüm La Liqa və Çempionlar Liqasını qazana bilmə ehtimalından danışıb.

Newsport.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, bu ehtimalın reallaşacağına inandığını deyib:

“Düşünürəm ki, bu gün deyə bilərik ki, komandanın keçdiyi bütün bu yol bizə xəyal qurmağa imkan verir. Bu, reallığa çevrilmiş fantaziyadır. La Liqa və Çempionlar Liqasından danışırıq? Bəli. La Liqa və Çempionlar Liqasının qalibi ola biləcəyimizə əminəm”.

“Barselona” hazırda İspaniya çempionatının 29 turundan sonra lider “Real”dan 8 xal geri qalaraq, turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right