Futzal üzrə Yüksək Liqada IV dövrəyə start veriləcək

Bu gün futzal üzrə Yüksək Liqada IV dövrəyə start veriləcək.

Newsport.az xəbər verir ki, XVI turun ilk matçında "Neftçi" İK "Baku Fire" ilə üz-üzə gələcək.

Ardınca son çempion "Araz-Naxçıvan" "Yasamal Bakı"nı sınağa çəkəcək.

Tura U-19 – “Record club” qarşılaşması ilə yekun vurulacaq.

Qeyd edək ki, "Araz-Naxçıvan" 40 xalla liderdir. "Baku Fire" 33 xalla ikinci, "Neftçi" İK 32 xalla üçüncü pillədə qərarlaşıb. "Yasamal Bakı"nın 14, U-19-un 6, "Record club"un 4 xalı var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right