"Neftçi" və "Araz-Naxçıvan" qələbə qazandı

Bu gün Yüksək Liqada XV turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, ilk matç “Record club” təyin olunan vaxtda meydana çıxmadığına görə, baş tutmayıb. Bu görüşün nəticəsi barədə AFFA-nın İntizam Komitəsi qərar verəcək.

İkinci oyunu “millilərin dueli” kimi də xarakterizə etmək olar. Belə ki, U-19 A millinin bazası hesab edilən lider “Araz-Naxçıvan”la üz-üzə gəlib. Fasiləyə qədər 5 cavabsız qol vuran Vitali Borisovun drujinası üstünlüyünü ikinci hissədə də davam etdirib və yekunda böyükhesablı qələbə qazanıb.

Son matçda “Yasamal Bakı” rəqibinə müqavimət göstərsə də, məğlubiyyətdən qaça bilməyib.

U-19 – Araz-Naxçıvan (0:5) 0:9

7 mart. Bakı İdman Sarayı. Saat 16:30

Hakimlər: Rza Məmmədov, Mahir Məmmədov, Xəlil Xəlilov

Hakim-inspektor: Mehman Mahmudov

Qollar: Xəzər Ağalızadə, 8:31, Miloş Todoriç, 11:25, 34:56, Lukas Romao, 11:40, Məhəmməd Abbasov, 15:04, Andre Junior, 17:51, 35:26, Emil Həsənzadə, 37:20, 39:15

Yasamal Bakı – Neftçi İK (3:6) 4:12

7 mart. Bakı İdman Sarayı. Saat 18:30

Hakimlər: Knyaz Əmiraslanov, Nahid Xasıyev, Hidayət Feyzullayev

Hakim-inspektor: Əfqan Həmzəyev

Qollar: Rüstəm Bağırov, 11:29, 30:44, Şoruş Heydari, 18:49 (ö/q), Murad Ələkbərli, 19:11 // Mirzə Əmirov, 2:06, 8:51, 29:40, 36:54, Reza Abgoun, 9:52, 17:49, 33:25, Fərid Atakişiyev, 12:14, Ülvi Əliyev, 14:58, 38:23, 38:35, Vahib Xocayev, 31:52





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right