"Araz-Naxçıvan" bosniyalı ilə müqavilə imzaladı

"Araz-Naxçıvan" futzal klubu iki futbolçunu transfer edib. 

Newsport.az xəbər verir ki, ölkə çempionu Bosniya və Herseqovinadan Miloş Todoriçi ölkəmizə gətirib. 

Serbiyanın "Loznitsa Qrad" klubundan "qırmızı-ağlar"a keçən 20 yaşlı futzalçı mövsümün sonuna qədər Naxçıvan təmsilçisinə kömək edəcək.

"Araz-Naxçıvan"ın digər transferi yerli futzalçı, "Torpedo-2"nin yetirməsi olan Həsənəli Rəhimov da cari çempionatın sonuna qədər "qırmızı-ağlar"ın formasını geyinəcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" əvvəl braziliyalı hücumçu Andre Korrea dos Santos Juniorun keçidini açıqlamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right