"Araz-Naxçıvan"dan daha 2 transfer

“Araz-Naxçıvan” futzal klubu növbəti transferlərini reallaşdırıb. 

Newsport.az Azərbaycan Futzal Federiyasının saytına istinadən xəbər verir ki, son çempion Bosniya və Herseqovinadan Miloş Todoriçlə anlaşıb. Serbiyanın “Loznitsa Qrad” klubundan “qırmızı-ağlar”a təşrif buyuran 20 yaşlı futzalçı ilə anlaşma mövsümün sonuna qədərdir. “Araz-Naxçıvan”ın digər transferi yerli futzalçıdır. Nijni-Novqorod şəhərinin təmsilçisi “Torpedo-2”nin yetirməsi olan Həsənəli Rəhimov da cari çempionatın sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. 

Qeyd edək ki, “Araz-Naxçıvan” bu transferlərə qədər braziliyalı hücumçu Andre Korrea dos Santos Juniorla anlaşmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right