Millimiz Estoniya ilə qarşılaşacaq

Bu gün Litvanın Şaulyay şəhərində Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatı çərçovəsində 20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi ilk oyununu keçirəcək.

Newsport.az xəbər verir ki, yığmamız Estoniya ilə qarşılaşacaq. Görüş Bakı vaxtilə saat 14:00-da başlayacaq.

Yığma komandanın növbəti görüşləri isə  Latviya, Ukrayna və Polşaya qarşı olacaq.

Yanvarın 7-dək baş tutacaq yarış AVRO-2024-ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right