"Frayburq"un çalışdırıcısı: "Matçın belə keçəcəyini gözləyirdim"

"Rəqibi analiz etmişdik. Onların UEFA Çempionlar Liqasının təsnifat mərhələsindəki görüşlərini izləmişdim".

Newsport.az-ın məlumatına görə, bunu "Frayburq"un baş məşqçisi Kristian Ştrayx "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan sonra mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis "Qarabağ"ın çox güclü futbolçularının olduğunu bildirib: "Bu matçın belə keçəcəyini gözləyirdim. İlk 20 dəqiqədə çox yaxşı oynadıq". 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right