"Nant" erməni futbolçusunu "Qarabağ"la oyun üçün Bakıya gətirməyəcək

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biri "Nant"ın futbolçusu Qor Manvelyan Ağdam təmsilçisi ilə Bakıdakı oyunda iştirak etməyəcək.

Newsport.az-ın məlumatına görə, bu barədə "armradio" məlumat yayıb. Fransa klubu 20 yaşlı yarımmüdafiəçini Azərbaycana gətirməyəcək.

Qeyd edək ki, Manvelyan komandanın əsas heyətinin üzvü deyil. O, bu mövsüm Fransa liqasının 3 matçında əvvəldən axıradək ehtiyatda qalıb.

Xatırladaq ki, "Qarabağ" "Nant"la ev matçını sentyabrın 15-i. səfər oyununu isə oktyabrın 27-si keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right