"Neftçi" Avropa Liqası ilə vidalaşdı Yenilənib

Azərbaycanı Avropa Liqasında təmsil edən "Neftçi" III təsnifat mərhələsində cavab oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə"Ağ-qaralar" Finlandiyada HİK-in qonağı olub. Helsinkinin "Bolt Arena" stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesablı qələbə qazanıb. Bakıdakı ilk görüş 2:2 hesablı heç-heçə ilə başa çatdığından HİK pley-offa yüksəlib.

"Neftçi" mübarizəyə Konfrans Liqasının pley-offunda davam edəcək. "Ağ-qaralar"In burdakı rəqibi "Makkabi" (Hayfa, İsrail) - "Torshavn" (Farer adaları) cütünün qalibi olacaq.

12 avqust

Avropa Liqası

3-cü təsnifat mərhələsi, cavab oyunu


20:00. HİK (Finlandiya) – “Neftçi” (Azərbaycan) 3-0

Qol: Riski, 46, 60(pen), 89
Baş hakim: Dəniz Aytekin (Almaniya)
Helsinki Futbol Stadionu
İlk oyun – 2:2

 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah