"Bunlar bir az düşük fikirlərdi" - Qurban Qurbanov

konfransında Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi…

- Türkiyınin cümhuriyyət günüdü. Onları bu bayram münasibətilə təbrik edirəm. Oyuna gəldikdə, fubolçularımdan razı qaldım, hər birinə təşəkkür etdim. Çox təcrübəli, sürətli komandaya qarşı oynayırdıq, ancaq futbolçular oyunun çox hissəsində nizam-intizamı saxlaya bildilır. Öz oyun üsubumuzdan əl çıkmədik. Ustalıq fərqi var. La Liqa ilə Azərbaycan çempionatı fərqlidi. Oyunçu problemlərimiz var İkinci hissədə yorğunluq var idi. Müdafiədə dəyişikliyə ehtiyac var idi, ancaq bunu edə bilmədik. Futbolçular sağ olsunlar ki, sona kimi oyun intizamından əl çəkmədilər. Belə oyunlar bizim üçün böyük təcrübədi.

- Sizi sevindirən 3 önəmli detal qeyd edə bilırsizmi?
- İlk olaraq ev oyununu öz meydanımızda, istanbulda keçirdik. İkincisi bu stadionu qeyd etmək istərdim. Elə bir ab-hava var idi ki, bizim üçün çox xoş oldu. Oyun azarkeşsiz olsa da, mən öz arxamda çoxlu azarkeş səsi hiss edirdim. Bu, hər bir futbolçumuza bpyük ruh verdi. Üçüncüsü, nəticənin daha yaxşı olmasını istərdik. Ancaq dediyim kimi, bəzi futbolçuların hazır olmaması məni bir az məyus etdi. Hər bir halda oyundan razı qaldım.

- Məğlubiyyətdən başqa nəyə təəssüfləndiz?
- Hər bir məşqçi əlindəki futbolçuların hamısının sağlam olmasını istəyir. 5 dəyişiklik imkanı var idi, bizə rotasiyalar imkanı verirdi, amma bundan tam istifadə edə bilmədi. Kaş futbolçularımızın hamısı sağlam olardı.

- Hakimlikdən razı qaldız?
- Görünən odu ki, Çexiya ilə Azərbaycan yola getmir. Zadınızdadı, Zelinka təmiz qolumuzu saymamışdı. Bu gün də çex hakim ilk dəqiqələrdə sarı vərəqələr göstərdi. Belə oyunlarda diqqətli olmalıdılar. İlk 5 dəqiqədə 3 “sarı”dan sonra hər bir futbolçu ehtiyatlanır. Belə matçlarda hakimlər də daha səbrli olmalıdı. Bəzi epizodlarda rəqibi də cəzalandıra bilərdi, amma reaksiya vermədi. Penaltiyə gəlincə, bunu dəqiq televiziyadan görmək lazımdı. Bu cür epizodlarda adətən verilmir.

- Bu mövsüm “Matç” TV oyunlarınızı yayımlanmır. Bizdə olan məılumata görə, kanalda ermənilərə görə “Qarabağ”ın matçlarına qadağa qoyulub...
- Məsələnin tam nə yerdə olduğunu bilmirəm. Orda onlar varsa, başqa nəsə gözləmək də olmaz. Bunlar bir az düşük fikirlərdi. Onlara enerji sərf etməməliyik. Belə bir fikir varsa, başlarına dəysin. Şükürlər olsun ki, Azərbaycanda, Türkiyədə bizimlə yetəri qədər maraqlanırlar. Onlar haqda heç danışmaq da istəmirəm. Belə məsələlərə əhəmiyyət vermirəm.

- Qrupun ən güclü komandası ilı başabaş oynadız. Bu matç qalan görüşlər üçün hədəflərinizi yüksəltməyinizə səbəb ola bilərmi?
- 3 gündən bir oyunumuz olur. Bu, bizim üçün çox çətindi. İki gün sonra Bakıda oyunumuz var, ondan 2 gün sonra Sivasa getməliyik. Bu da futbolçuların hazırlığına böyük maneə yaradır. İnanıram ki, komandadakı bütün futbolçular qarşıdakı matçlar üçün hazır olacaq və rotasiyalar edə biləcəyik. “Qarabağ” olaraq həmişə baxımlı futbol oynamağı hədəfləmişik. Biz bundan əl çəkməyəcəyik. “Sivasspor” da məğlub oldu. Npvbəti matç hər iki tərəf üçün çox əhəmiyyətli olacaq. Bəlkə də, bugünkündən daha maraqlı görüş olacaq. Hər bir matça maksimum nəticə üçün çıxacağıq.

- Özünüzü Türkiyədə evinizdəki kimi hiss etdiyinizi dediz. Bakıda oynasaz, qalib gələcəyinizi düşünmürsüz ki?
- Düşündüyümü desəm, yanlış olardı. Həqiqədən də, heç bir fərq hiss etmədim. Biz qəbul etməliyik ki, üstün rəqibə qarşı oynayırdıq. Ola bilər ki, Bakıda daha böyük hesabla yenilə bilərdik. Bugünkü nizam-intizamı tələbə edəcəkdim, ola bilər ki, rıqibin ustalığıüstün olardı.

- Heyətin gücləndirilməsi avrokuboklar üçündü, yoxsa ölkə çempionatı üçün?
- Bizim üçün elə də fərqi yoxdu. Elə bir dövrdü ki, düşünülməyən nəticələr qeydə alınır. İstənilən komanda mübarizə apara bilir. İlk turdan sonra qrupdakı komandaların hamısı xal itirmişdi. Çünki burda böyük enerji itirilir. Burdan getdikdən sonra çempionatda istədiyim rotasiyaları edə bilməyəcəm. Çempionatı ayırmaq istəmirəm. Məsələn, Abbas Hüseynov hər 3-4 gündən bir meydana çıxır. Oyunun gedişatında ona görə narahat olmuşdum ki, zədələnə bilər. Sonlara doğru yorulduğu görünürdü. Heyətdə futbolçular sağlam olanda seçim imkanlarımız dah çox olur. Pandemiya fasiləsi də futbolçulara təsir etdi. Hər birinin orqanizmi eyni deyil və buna reaksiyaları da fərqlidi. Çempionatda qələbələrimizin sayı da azdı və bunlar belə səbəblərdən qaynaqlanır. Əvvəlki illərə nisbətən səviyyəmiz hərtərəfli aşağı düşdü.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right