"Linfild"in baş məşqçisi: "Qarabağ"la oyunu səbirsizliklə gözləyirik"

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Şimali İrlandiyanın “Linfild” klubunun baş məşqçisi Devid Hili III təsnifat mərhələsinin “Sutyeska” (Monteneqro) ilə cavab oyunundan (3:2) sonra açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 40 yaşlı mütəxəssis "Qarabağ"la keçiriləcək oyunu səbirsizliklə gözlədiklərini bildirib: 

“Futbolçularım tapşırıqları meydanda yaxşı icra edirlər. Onlar “Qarabağ”la oyunları səbirsizliklə gözləyirlər. Növbəti həftə böyük oyunumuz olacaq. Buna görə çox şadam. Ancaq asan olmayacaq".

“Qarabağ” avqustun 22-də "Linfild"in qonağı olacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah