Aleksandr Çeferin: "Bakı finala tamamilə hazırdır"

Bakıda UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.

 

Newsport.az-ın məlumatına görə, iclasdan sonra qitə futbol qurumunun rəhbəri Aleksandr Çeferin jurnalistlərin suallarını cavablandırıb:

 

- Bu gün keçiriləcək finala Bakı tamamilə hazırdırmı?

- Əlbəttə. İndiki vəziyyətə uyğun olaraq Bakı tamamilə hazırdır. Hər şey yaxşı səviyyədə təşkil edilib.

 

- Dünən Bakıda Henrik Mxitaryan formasında azarkeş saxlanılıb.

- Mən ancaq konfransdan sonra xəbər tutmuşam. Bitdikdən sonra ətraflı məlumat veriləcək.

 

- Londondan Bakıya məsafə uzaqdır. Düşünmürsüz ki, bu azarkeşlər üçün problemdir?

- Məsafə ilə götürsən Bakıdan Dublinə də uzaqdır. Futbolun xəritəsini genişləndirmək lazımdır. Mən belə şeylərə qarşıyam. Futbol üçün məsafə olmamalıdır.

 

- Ermənistan mətbuatı yazır ki, Mxitaryan Azərbaycanın üzərinə diplomatik hücum elədi. Estafeti erməni deputatlarına ötürüb. Siz bu barədə dəqiq nə deyə bilərsiz?

- Bu məsələni şərh etmək istəmirəm. Erməni mətbuatının nə yazdığı məni maraqlandırmır. Azərbaycan dövləti bütün təminatları verdi. Mxitaryanın şəxsi qərarı idi bura gəlməmək. Heç bir problem görünmürdü 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right