Avroliqada yarımfinalçılar müəyyənləşir

Bu gün Avropa Liqasında 1/4 finalın cavab oyunları keçiriləcək.

Newsport.az-ın məlumatına görə, 4 qarşılaşma ilə yarımfinalçılar bəlli olacaq.

"Napoli" ilk görüşdə 2 cavabsız top buraxdığı "Arsenal"ı qəbul edəcək. "Vilyareal" evdə uduzduğu "Valensiya"nın qonağı olacaq.

"Ayntraxt" Almaniyada "Benfika" ilə qarşılaşacaq. Komandalar arasında Portuqlaiyada keçirilən görüşdə Lissabon təmsilçisi üstün olub - 4:2.

"Çelsi" Londonda "Slaviya" ilə üz-üzə gələcək. "Zadəganlar" Çexiyadakı görüşdə minimal hesabla qalib gəlib.



23:00."Napoli" (İtaliya) - "Arsenal" (İngiltərə)
İlk oyun - 0:2

23:00."Valensiya" (İspaniya) - "Vilyarreal" (İspaniya)
İlk oyun - 3:1

23:00."Ayntraxt" (Almaniya) - "Benfika" (Portuqaliya)
İlk oyun - 2:4

23:00.
"Çelsi" (İngiltərə) - "Slaviya" (Çexiya)
İlk oyun - 1:0





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah