"Qarabağ" "Arsenal"a böyük hesabla məğlub oldu

Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxıb. Ağdam klubu doğma meydanda İngiltərə nəhəngi “Arsenal”ı qəbul edib. Görüş "topçular"ın böyükhesablı qələbəsi ilə başa çatıb.  London təmsilçisi rəqibini 3 cavabsız qolla məğlub edib.  

“Qarabağ” ilk turda səfərdə Portuqaliyanın “Sportinq” klubuna 0:2 hesabıyla uduzub.

Qrupun digər oyununda bu gün “Vorskla” “Sportinq”i qəbul edib. Həmin görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb.

4 oktyabr

Avropa Liqası, E qrupu

20:55 "Qarabağ" (Azərbaycan) - "Arsenal" (İngiltərə) - 0:3

Qollar: Sokratis Papastatopulos, 4, Smit-Rou, 54, Gündüzi, 80

Baş hakim: Davide Massa (Fransa)

Bakı Olimpiya Stadionu.

“Qarabağ": 13. Vaqner Da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. İnnosent Emeqara, 8. Miçel, 11. Mahir Mədətov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 9. Araz Abdullayev, 28. Con Delarj, 30. Abbas Hüseynov, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

“Arsenal”: 19. Bernd Leno, 4. Məhəmməd El-Nenni, 5. Sokratis Papastatopulos, 12. Ştefan Lixtştayner, 16. Rob Holdinq, 17. Aleks İvobi, 18. Naço Monreal, 23. Denni Uelbek, 29. Metteo Gündüzi, 31. Sead Kolaşinaç, 55. Emil Smit-Rou

Ehtiyat oyunçular: 26. Emiliano Martines, 2. Hektor Bellerin, 9. Aleksandr Lyakazett, 10. Məsut Özil, 11. Lukas Torreyra, 20 Şkodran Mustafi, 34. Qranit Caka

Baş məşqçi: Unai Emeri.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right