"Qarabağ" UEFA-dan nə qədər qazanıb?

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Arsenal", "Sportinq" və "Vorskla" klubları ilə birgə E qrupunda çıxış edəcək.

Newsport.az-ın məlumatına görə, ağdamlıların bu mövsüm UEFA-dan qazancı bəlli olub.

"Qarabağ" Çempionlar Liqasında I mərhələdən 280 min, II mərhələdən 380 min və III mərhələdə iştirak üçün 480 min avro qazanıb (1 milyon 140 min avro).

Çempionlar Liqasının III təsnifat mərhələsində BATE-yə uduzaraq, mübarizəni dayandıran "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində mübarizəyə davam dedi. Burada "Şerif" səddini aşan Ağdam klubu büdcəsini 2,62 milyon avro ilə zənginləşdirib.

Beləliklə, "Qarabağ" avrokuboklarda bu mövsüm qrup mərhələsinə kimi 3,76 milyon avro qazanc götürüb.

"Qarabağ" Avropa Liqasında büdcəsini daha da zənginləşdirə bilər. Avropa Liqasının qrup mərhələsində qələbəyə 570 min, heç-heçəyə isə 190 min avro mükafat verilir. Qrupun qalibi 1 milyon, ikincisi isə 500 min avro mükafat alır.

Qrupda qələbə üçün – 570 min avro

Heç-heçə üçün – 190 min avro

Qrupun qalibi üçün – 1 milyon avro

Qrup ikincisi üçün – 500 min avro

1/16 finalda iştirak üçün – 500 min avro

1/8 finalda iştirak üçün – 1,1 milyon avro

1/4 finalda iştirak üçün – 1,5 milyon avro

1/2 finalda iştirak üçün – 2,4 milyon avro

Finalda iştirak üçün – 4,5 milyon avro

Finalın qalib əlavə 4 milyon avro qazanacaq.

Qeyd edək ki, Avropa Liqasının finalı gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right