"Qarabağ"ın qrup mərhələsi üçün sifariş ərizəsi müəyyənləşdi

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" klubunun qrup mərhələsi üçün sifariş ərizəsi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi 5 qapıçı, 9 müdafiəçi, 11 yarımmüdafiəçi və 1 hücumçu sifariş edib.

Siyahıda Mahir Mədətov müdafiəçi, Con Delarj yarımmüdafiəçi kimi göstərilib. Yeganə hücumçu isə İnnosent Emeqaradır.

İştirak ərizəsinə yeni transfer Araz Abdullayev də daxil edilib.

Qapıçılar: 1. Hannes Halldorsson 12. Şahruddin Məhəmmədəliyev 13. Vaqner Da Silva, 94. Nicat Mehbalıyev, 95. Məmməd Hüseynov;

Müdafiəçilər: 2. Qara Qarayev, 4.Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov;

Yarımmüdafiəçilər: 6. Simeon Slavçev, 8. Miçel, 9. Araz Abdullayev, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 21. Zaur Fərzəliyev, 28. Con Delarj, 77. Donald Gerrye, 91. Coşqun Diniyev;

Hücumçu: 7. İnnosent Emeqara

Qeyd edək ki, "Qarabağ" "Arsenal" (İngiltərə), "Sportinq" (Portuqaliya) və "Vorskla" (Ukrayna) klubları ilə eyni qrupda yer alıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right