“Qarabağ”la oyuna biletlərin qiyməti: 18-21 manat

Ukraynanın “Vorskla” klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi ev oyunlarının biletlərini satışa çıxarıb.

Newsport.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”, İngiltərənin “Arsenal” və Portuqaliyanın “Sportinq” klubları ilə eyni qrupda yer alan Poltava təmsilçisi artıq bu rəqibləri ilə ev oyunlarının bilet qiymətlərini də müəyyənləşdirib.

Ukraynalılar bu oyunlar arasında heç bir fərq qoymayıblar. Belə ki, hər üç oyunda biletlərin qiyməti 300-350 qrivna (18-21 AZN) aralığında dəyişir.

“Vorskla” rəqiblərini Poltavadakı Aleksey Butovski adına “Vorskla Arena”da qəbul edəcək. “Qarabağ” bu rəqibinə qarşı ilk oyununu oktyabrın 25-də Bakıda, cavab görüşünü isə noyabrın 8-də səfərdə keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right