"Qrup mərhələsi üçün şanslarımız qalır" - Qurban Qurbanov

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin ilk matçında səfərdə "Şerif"ə 0:1hesabıyla məğlub oldu.

Newsport.az-ın məlumatına görə, ağdamlıların baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

"Rəqib müdafiədə çox yaxşı təşkilatlanmış komandadır. Olduqca intizamlı oynadılar, bu da onların necə yaxşı komanda olduğunu göstərir. İndi cavab oyununda xüsusi nəysə dəyişmək haqda danışmaq üçün tezdir. "Şerif" 1:0 hesablı qələbə qazansa da, qrup mərhələsi üçün şanslarımız qalır. Bu şansdan da cavab matçında maksimum istifadə etməyə çalışacağıq".

Qeyd edək ki, tərəflər arasında cavab oyunu avqusutun 30-da Tosif Bəhramov adına Respublika stadionunda baş tutacaq.

 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right