"Keşlə” "Baltsan”a darmadağın oldu Yenilənib

Bu gün Azərbaycan klubları UEFA Avropa Liqasında mübarizəyə başlayacaqlar. 
 
Newsport.az-ın məlumatına görə, I təsnifat mərhələsində ölkəni 3 komanda – Premyer Liqanın gümüş və bürüncü mükafatçıları olan "Qəbələ” ilə "Neftçi”, eləcə də Azərbaycan Kubokunun qalibi "Keşlə” təmsil edəcək.
 
Maltanın "Baltsan” kollektivinə rəqib olan "Keşlə” ilk görüşünü səfərdə keçirəcək. Yuri Maksimovun rəhbərlik etdiyi komanda növbəti mərhələyə yüksəlmək üçün evə sərfəli nəticə ilə dönməyə çalışacaq. Bakılılar heyətində 12 legionerin yer aldığı meydan sahibləri ilə ən azı heç-heçə edərlərsə, bu, müsbət nəticə sayılacaq.
 

12 iyul


Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

20:00. “Baltsan” (Malta) – “Keşlə” (Azərbaycan) 4:1

Qollar: Alfred Efionq, 12, Lekao, 21, Boyan Kalyeviç, 33, Kadu, 56 - Sezar Meza Kolli, 24Hakimlər: Volen Çinkov, Georgi Doynov, Deniz Sokolov, Draqomir Draqanov (hamısı Bolqarıstan)
Ta Qali. "Sentenari" stadion

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right