"Qəbələ" Avropa Liqasında mübarizəni dayandırdı

Avropa Liasında III təsnifat mərhələsinin cavab oyunları davam edir. Newsport.az xəbər verir ki, mübarizəni bu turnirdə davam etdirən yeganə Azərbaycan təmsilçisi "Qəbələ" də meydana çıxıb.

"Qırmızı-qaralar" doğma azarkeşləri önündə Yunanıstan “Panatinaikos”unu qəbul edib.

Afinada keçirilən ilk matçda olduğu kimi, bu görüş də "Panatinaikos"un qələbəsi ilə başa çatıb. Qarşılaşma Yunanıstan klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Beləliklə, hər iki oyunun nəticəsinə görə "Panatinaikos" mərhələ adlayan tərəf olub. 

 
 
 
UEFA Avropa Liqası


III təsnifat mərhələsi, cavab oyunu

3 avqust
 
21:00. “Qəbələ” (Azərbaycan) - “Panatinaikos” (Yunanıstan) - 1:1 
Qollar: 
Moledo, 52-avtoqol (1:0), Robin Lod, 63 (1:1), Brayan Kabezas, 66 (1:2)
İlk oyun - 0:1
Baş hakim: Kreyq Pauson 
Baş hakimin köməkçiləri: Li Betts, Adam Nunn 
Dördüncü hakim: Kevin Friend (hamısı İngiltərə)
Bakı. “Bakcell Arena” stadionu




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right