"Bu barədə danışmaq istəmirəm" - Filip Ozobiç MÜSAHİBƏ

“Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiç Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Polşanın “Yagelloniya” klubuna qarşı keçirdikləri ilk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az saytının məlumatına görə, o, 1:1 hesabıyla başa çatan görüşlə bağlı öncə bunları söyləyib:

- Cütün taleyi hələ açıq qalıb. İkinci oyunda hər şey bəlli olacaq.

- Necə düşünürsən, bu rəqibi keçmək olar?
- Əlbəttə. Keçə bilərik. İkinci oyuna daha yaxşı hazıraşacağıq. Mərhələni keçmək istəyirik.
 
- İlk hissədə nisbətən zəif görünürdünüz, fasilədən sonra isə sanki bir az canlanma oldu...
- Fasilədə danışdıq, söz verdik çıxıb daha yaxşı oynayaq. Başlayan kimi qol da vurduq.
 
- Şansları necə dəyərləndirirsiniz?
- Şanslar hələ də 50/50-dir.
 
- Yeni transferlər sanki komandaya uyğunlaşa bilmirlər...
- Hamısı yaxşı oyunçulardı. Sadəcə, ilk matçlarına çıxırdılar. İkinci oyunda daha yaxşı olacağını düşünürəm.
 
- Hakimlik haqqında nə deyə bilərsiz?
- Bu barədə danışmaq istəmirəm. Cavab matçını düşünməli və ona hazırlaşmalıyıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right