"Mladost" Bakıya tam heyətlə gəldi

Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında təmsilçimiz “İnter”in qonağı olacaq Serbiya “Mladost”u Azərbaycana gəlib.

Newsport.az-ın məlumatına görə, Luçani təmsilçisi dünən gecə İstanbul reysi ilə Bakıya gəlib. Komandanın baş məşqçisi Nenad Milovanoviç iştirak ərizəsinə salınan 23 oyunçunun hamısını cavab qarşılaşmasına gətirib:

Qapıçılar: 1. Nemanya Krznariç, 22. Zlatko Zeçeviç, 23. Draqan Rosiç

Müdafiəçilər: 4. İvan Miloşeviç, 5. Sinişa Saniçanin, 28. Nikola Andriç, 31. Yanko Tumbaşeviç, 44.Boqdan Miloşeviç, 93. Miloş Şatara

Yarımmüdafiəçilər: 8. Stefan Goluboviç, 10. Xusniddin Qafurov , 11. Uroş Sinciç, 15. Aleksandar Peyoviç, 17. İvan Pesiç, 20. Nenad Marinkoviç, 27. Vladimir Radivoyeviç, 77. Predraq Pavloviç, 99. Velko Kiyevçanin

Hücumçular: 7. Saşa Yovanoviç, 12. Nenad Qavriç, 14. Miloş Trifunoviç, 18. Obiora Odita, 32. İvan Markoviç

Qeyd edək ki, "İnter" - "Mladost" görüşü iyulun 6-sı saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right