Fransa klubu istanbula azarkeş aparmadı

Fransanın "Lion" klubu Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində “Beşiktaş”a qarşı keçirəcəkləri cavab matçında azarkeş dəstəyindən məhrum olacaq.

Newsport.az xəbər verir ki, İstanbul nəhənginin rəhbəri Fikrət Orman Türkiyə mətbuatına verdiyi açıqlamada  "Lion" klubunun azarkeşləri üçün ayırılan bilətləri öz komandasının azarkeşlərinə satacağını deyib.

"Lion"la ilk oyunda xoşagəlməz hadisələr yaşandı. Rəqib bu gün İstanbula gələcək və bizim qonağımız olacaqlar. "Lİon" klubundakı həmkarım azarkeşlərinin xoşniyyətli olmadığını bildirərək, onları bura gətirməyəcəklərini bildirdi. O, “Vodafon Arena”da “Lion” üçün ayrılan tribunanı da “Beşiktaş”a verdi. Biz isə həmin biletləri öz azarkeşlərimizə satacağıq".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right