"Beşiktaş"ın futbolçusu Avroliqanın ən yaxşısı seçildi

Avropa Liqasında həftənin ən yaxşı oyunçusu məlum olub.

Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən "Beşiktaş"ın futbolçusu Rikardo Kuarejma ən yaxşı seçilib.

Portuqaliyalı yarımmüdafiəçi ümumi səslərin 59 faizini toplayıb. Digər namizədlər Kasper Dolberq ("Ayaks") 25 faiz, Xuan Mata ("Mançester Yunayted") 14 faiz, Daniel  De Rossi ("Roma") 3 faiz səs yığıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right