"Slovan" "Qarabağ" oynuna nə qədər bilet satılıb?

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun "Slovan" - "Qarabağ" oyunu üçün bilet satışı davam edir.

Newsport.az-ın Liberetsə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Liberetsdə keçiriləcək oyuna maraq böyük deyil. 

Belə ki, satışa çıxarılan biletlərdən yalnız 4000-i satılıb. Oyunun keçiriləcəyi "U Nisi" arenasının 10 min tamaşaçı tutumuna malik olduğunu nəzərə alsaq görüşün dolu tribunalar qarşısında oynanılmayacağı dəqiqdir.

Qeyd edək ki, “Slovan” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Mərdan HƏSƏNOV , Liberets




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right