“Qəbələ”yə ciddi yanaşmaq lazımdı” - "Sent-Etyen"in baş məşqçisi

Fransanın "Sent-Etyen" klubunun baş məşqçisi Kristof Qaltye Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda "Qəbələ" ilə oyun öncəsi UEFA-nın rəsmi saytına müsahibə verib.
 

Newsport.az-ın məlumatına görə, o, müsahibəsində "Qəbələ"nin ciddi rəqib olduğunu bildirib:
 
"Qəbələ" çətin rəqibdir. Düzdür, onlar hələ xal qazanmayıb, amma özünəməxsus oyun keyfiyyətinə malikdirlər. "Qəbələ" pley-off mərhələsində "Lill"i mübarizədən kənarlaşdırıb. Rəqibə ciddi yanaşmaq lazımdır".
 

Qeyd edək ki, "Sent Etyen" oktyabrın 20-i doğma meydanda "Qəbələ" ilə qarşılaşacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right