"Qəbələ"nin rəqibi bəlli oldu

Təlim-məşq toplanışı keçirmək üçün Ukraynaya yollanan “Qəbələ” hazırlıqlarını davam etdirir. 

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, avqustun 31-dən hazırlıqlarını Odessada gerçəkləşdirən “qırmızı-qaralar” gündə iki dəfə olmaqla məşq edir. 

Yığmaların düşərgəsində olan futbolçular – Nika Kvekveskiri, Məhəmməd Mirzəbəyov, Ruslan Qurbanov, Teo Uiks, Sergey Zenyov, Elvin Camalov və Sadiq Quliyev hazırlıqlarda iştirak etmir.
 
“Qəbələ”nin yeni transferi xorvatiyalı Petar Franyiç artıq 3 gündür məşqlərə qatılıb. “Qırmızı-qaralar” hazırlıq çərçivəsində baş tutacaq yeganə yoxlama oyununa sabah çıxacaq. Roman Qriqorçukun komandası Moldovanın “Dinamo-Avto” klubu ilə görüşəcək. 2009-cu ildə yaradılan bu komanda 2015-2016-cı illər mövsümündə Moldova çempionatının 5-cisi olub. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xatırladaq ki, “Qəbələ”nin Ukraynadakı təlim-məşq toplanışı sentyabrın 7-dək davam edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right