"Qarabağ" - "Slovan" matçı "Dalğa Arena"da

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" qrup mərhələsinin ilk oyununu "Dalğa Arena"da keçirəcək.
Newsport.az saytının məlumatına görə, bu barədə Ağdam klubunun icraçı direktoru Əmrah Çəlikəl məlumat verib.
 
Onun sözlərinə görə, məsələ ilə bağlı UEFA-ya məktub göndərilib. Əgər qitənin ali futbol qurumu "Qarabağ"ın istəyinə müsbət cavab versə, "atlılar" sentyabrın 15-də Çexiyanın "Slovan" klubunu "Dalğa Arena"da qəbul edəcək. "Qarabağ"ın bu istəyi yalnız bir ev oyunu üçün nəzərdə tutulub.
 
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionun ot örtüyü bərbad duruma düşdüyü üçün, ağdamlılar vəziyyətin düzələcəyinə qədər mərkəzi arenadan imtina edib.
 
Futbol11.az




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right