"Höteborq"un qapıçısı: "Bu taktika ilə Buffonu da məyus etmək mümkündür"

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" 0:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandıran İsveçin “Höteborq” klubunun qolkiperi Con Alvbeycin Newsport.az-a müsahibəsi:

- Oyunla bağlı fikirləriniz necədir?

- Deyərdim ki, erkən qollar oyunun taleyini həll etdi. Çox çalışdıq. Amma alınmadı. Rəqibimizə qrup mərhələsində uğurlar arzulayıram.

- Stadionun ot örtüyü oyununuza mane oldu?

- Futbolçular meydanda çətinlik çəkirdi. Həqiqətən də bərbad idi.

- Qrup mərhələsində “Qarabağ”a azarkeşlik edəcəksən?

- İstərdim ki, “Qarabağ” qrup mərhələsini də uğurla keçsin. Biz güclü komandaya uduzmuşuq. Təəssüflənmirik. Rəqibimiz güclüdür. Onlara uğurlar arzulayıram.

- Rəşad Sadıqovun vurduğu azərbaycansayğı qolla bağlı nə söyləyə bilərsən? Belə bir qol buraxmışdın?

- Azərbaycansayağı? İlk dəfə eşitdim. Belə qol ilk dəfə idi ki, qapımda gördüm.

- Bu taktikadan azərbaycanlı futbolçular yararlanır. Rəşad Sadıqov Volkan Demireli də məyus edib…

- Sizdən eşitdim. İki futbolçu çəkildi, artıq qarşımı görə bilmiridm, müdafiəçilər kəsmişdi. Gördüm ki, top tordadı. Hiyləgər taktikadır. Bu taktika ilə nəinki Volkanı hətta Buffonu da məyus etmək mümkündür.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right