“Qarabağ”ın oyunu ruslara tapşırıldı

Avropa Liqasının pley-off mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Höteborq" matçının hakim təyinatları açıqlandıb.

Newsport.az-ın məlumatına görə, görüşü rusiyalı hakimlər briqadası idarə edəcək. 

Oyunun baş hakimi Vladislav Bezborodov olacaq. Referinin köməkçiləri vəzifəsini həmyerliləri Valeri Dançenko və Maksim Qavrilin yerinə yetirəcəklər. Kiril Yevnikov  isə dördüncü hakim vəzifəsini tutacaq. 

Bakıda baş tutacaq qarşılaşmanın UEFA nümayəndəsi Maykl Tomas Ross (Şimali İrlandiya), hakim-inspektoru isə Coni Vanspauen olacaq. 
Qeyd edək ki, "Qarabağ" - "Höteborq" oyunu avqustun 25-də baş tutacaq. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right