“Qəbələ” səddini keçə biləcəyimizə əminəm" - “Maribor”un baş məşqçisi

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində sabah “Qəbələ”ylə qarşılaşacaq “Maribor”un baş məşqçisi Darko Milaniç oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, Milaniç oyunla bağlı bunları deyib:

- Bizim məqsədimiz ilk oyunda elə nəticəylə vətənə dönməkdi ki, sonda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanaq. Əvvəlcədən nəsə demək çətindi, ancaq ən azı səfər qolu vurmaq yaxşı olardı. Rəqibimizi tanıyırıq. Onlar bura təsadüfən çıxmayıblar.

- “Qəbələ” “Lill”i keçməsəydi, indi daha güclü komandaya qarşı oyuna hazırlaşacaqdız. “Qəbələ”yə “Lill”i keçdiyinə görə təşəkkür etmək istəmirsiz ki?
- Mən belə düşünmürəm. Hansı rəqiblə qarşılaşacağınızı özünüz müəyyənləşdirə bilməzsiz. Hər bir rəqibə qarşı ciddi hazırlaşmaq lazımdı. “Qəbələ” səddini keçə biləcəyimizə əminəm.

- Bir müddət öncə köməkçiniz “Qəbələ” - “İnter” oyununu izləmişdi. O, belə bir fikir bildirmişdi ki, “Qəbələ”nin lideri Filip Ozobiçdi. Siz necə düşünürsüz?
- O, çempionat oyununu izləyib. Həmin oyunda yerli oyunçular üstünlük təşkil edirdi. Ancaq “Qəbələ”də yaxşı oyunçular çoxdu. Bizim əsas hədəfimiz komandanın hücum xəttindəki oyunçuları zərərsizləşdirməkdi. Avrokuboklarda komandada 2 yerli oyunçuyla çıxış edir.

- “Qəbələ”nin hücum xəttinə daha çox diqqət yetirəcəyinizi dediz. Sabah oyunu müdafiədən quracaqsız? 
- Xeyr, bu demək deyil ki, biz ancaq müdafiə barədə düşünəcəyik. Biz öz strategiyamızı müəyyən etməliyik. Rəqibimiz yaxşı hücum futbolu oynayır. Oyunun gedişindən asılı olaraq, müəyyən taktiki gedişlərdən istifadə edəcəyik. Bura müdafiədə oturmağa gəlməmişik. Ancaq matçın gedişindən asılı olaraq, müdafiə də oluna bilərik.

- Qriqorçuk püşkatmadan sonra “Maribor” yox, “Fənərbaxça”yla qarşılaşmaq istədiyini demişdi. Rəqibin özünəinamı sizi narahat etmir ki?
- Xeyr. Onun nə fikirləşdiyi mənə maraqlı deyil.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right