"Qəbələ" - "Maribor" matçının keçiriləcəyi stadion müəyyənləşdi

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq “Qəbələ” - “Maribor” (Sloveniya) oyununun keçiriləcəyi yer müəyyənləşib : Komandalar “Dalğa Arena”da üz-üzə gələcəklər.

Newsport.az-ın məlumatına görə, UEFA Avropa Liqasının ilk üç turu çərçivəsində baş tutan oyunları “Bakcell Arena”da keçirən “qırmızı-qaralar”ın arenanı dəyişməsinə səbəb adıçəkilən stadionda renovasiya işlərinin aparılmasıdır.

“Qəbələ” İdman Klubu “Dalğa Arena”da keçirilən oyunu izləmək istəyən azarkeşlərin rahatlığını təmin etmək məqsədilə paytaxt mərkəzindən stadiona nəqliyyat vasitələri ayıracaq. Bu məqsədlə ayrılan avtobuslar oyun günü azarkeşləri matçın keçiriləcəyi stadiona aparacaq və geri gətirəcək. Nəqliyyat vasitələrinin marşrutu barədə yaxın günlərdə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, avqustun 18-də “Dalğa Arena”da keçiriləcək “Qəbələ” – “Maribor” oyunu saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right