"Qəbələ"yə qol vuran futbolçu: "Cavab matçına qələbə üçün gedəcəyik"

"İlk hissədə fiziki cəhətdən bir qədər rəqibə uduzduq. Azərbaycanlılar bizdən daha soyuqqanlı idilər. İkinci hissəyə daha istəkli çıxdıq və qol da vurduq". 
Newsport.az-ın məlumatına görə, bu sözləri "Lill"in hücumçusu Rayan Mendeş Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda evdə "Qəbələ" ilə 1:1 bərabərə qaldıqları oyundan sonra klubun rəsmi saytına deyib. 

Mendeş Bakıda keçiriləcək cavab görüşündə qələbəyə oynayacaqlarını bildirib: "Biz ikinci qolu da vura bilərdik. Lakin alınmadı. Artıq bizi cavab oyunu gözləyir. Bu qarşılaşma üçün yaxşı dincəlməliyik və rəqibi yaxşı analiz etməliyik. Cavab matçına qələbə üçün gedəcəyik". 

Qeyd edək ki, Mendeş "Qəbələ" ilə görüşün 46-cı dəqiqəsində komandasının bərabərlik qolunu vurub.

qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right