Erik Botok: "Qəbələ"yə qalib gəlməyi çox istəyirdik"

Fransanın "Lill" klubunun yarımmüdafiəçisi Erik Botok Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, o, 1:1 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:

"Nəticəyə görə məyusuq. Çünki qələbə qazanmağı çox istəyirdik. Lakin onu da unutmaq lazım deyil ki, futbolçularımızın çoxu əvvəllər avrokuboklarda çıxış etməyiblər. Buna görə də müəyyən həyəcan hiss olunurdu. Matçın əvvəli bizim üçün daha çətin oldu. Lakin buraxılan qolun əvəzini çıxa bildik. Daha çox qol vura bilməməyimiz məyusluq doğurur. Bunun üçün yetərincə şansımız oldu. Cavab oyununa uğur qazanacağımız inamı ilə yollanacağıq. Növbəti mərhələyə adlamaq lazımdır. Bunu etməyə borcluyuq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right