"Neftçi" Avroliqada mübarizəni dayandırdı YENİLƏNİB

Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, bu turnirdəki təmsilçimiz “Neftçi” də səfərdə Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşacaq.

Bakıda bu rəqibi ilə qolsuz heç-heçəyə razılaşan Vəli Qasımovun yetirmələrinin mərhələ adlamaq şansı heç də az deyil. Bunun üçün bakılılara hətta qollu heç-heçə də bəs edəcək.

Qeyd edək ki, "Şkendiya" səddini keçəcəyi halda, "Neftçi" növbəti mərhələdə Çexiyanın “Mlada Boleslav” klubu ilə qarşılaşacaq.

 

20 iyul

Avropa Liqası, II təsnifat mərhələsinin cavab oyunu

22:00. "Şkendiya" (Makedoniya) - "Neftçi" (Azərbaycan) 1-0

Qol:Besart İbraimi,31
İlk oyun - 0:0
Baş hakim: Erik Lambrext
Köməkçi hakimlər: Karel de Roker və Jo de Veyrdt
Dördüncü hakim: Frederik Geldhof(hamısı Belçika)
"Jos Nosbaum" stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right