“Admira”nın baş məşqçisi: "Kəpəz" yaxşı təşkilatlanmış komandadı"

Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Kəpəz”in rəqibi olan Avstriyanın "Admira" klubunun məşqçisi Oliver Lederer qarşıdakı oyunlarla bağlı danışıb.
 
Newsport.az-ın məlumatına görə, Lederer "Kəpəz”i "yaxşı təşkilatlanmış komanda” kimi xarakterizə edib:
 
"Kəpəz" yaxşı təşkilatlanmış komandadı. Amma biz rəqibin necə çıxış etməsindən asılı olmayaraq, öz oyunumuzu göstərməliyik. Avroliqanın ilk təsnifat mərhələsində nümayiş etdirdiyimiz oyun gələcəyə nikbin baxmağıma əsas verir. Biz hiss edirik ki, yenidən uğur qazana bilərik".
 

Qeyd edək ki, "Kəpəz”lə "Admira" arasında ilk matç iyulun 14-də, Avstriyada baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right