Vəli Qasımov: "Qol buraxdıqdan sonra çətinlik çəkdik"

Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi” "Balzan”a 1:2 hesabı ilə məğlub olub. Ümumi hesabda 3:2 hesabı ilə üstün olan "Neftçi" II təsnifat mmərhələsinə vəsiqə qazanıb. Oyundan sonra "Neftçi"nin baş məşqçisi Vəli Qasımov jurnalistlərin suallarını cavablandırıb:

"Balzan” Bakıya gəzməyə gəlməmişdi. İlk hissədə oyuna nəzarət edən tərəf biz idik. 2-ci hissədə isə xeyli əziyyət çəkdik.

- Belə oyunla II mərhələdə nəyə ümid edirsiniz?

- İlk oyunda daha üstün idik. Rəqibimiz hücumameyilli oyun qurmuşdu. Əsas odur ki, növbəti mərhələdyik.

- Komanda müdafiədən hücuma qoşulanda çətinkirdi...

- Uşaqların yorulması normaldı. Bəli, çatışmazlıqlar var. Qol buraxdıqdan sonra çətinlik çəkdik.

- Bəlkə rəqibə ciddi yanaşmadınız?

- Xeyr biz rəqibə ciddi yanaşırdıq.

- Sizcə, Jayro Filyonun çəkisi artıq deyil?

- Xeyr Jayronun bədən quruluşu belədir. Amma futbolçu kimi bir az ləngdir.

- Əgər bu gün 1:3 hesabı ilə məğlub olsaydınız, məğlubiyyəti necə şərh edəcəkdiniz?

- Favorit biz idik. Amma rəqib layiqli mübarizə apardı. Növbəti mərhələyə daha ciddi hazırlaşacağıq.Bu, futboldur və hər şey baş verə bilərdi.

- Komandaya yeni transferlər gözlənilir?

- Hücumçu axtarışındayıq.

- Əgər ilk oyunda məğlub olsaydınız, bu gün fərqli oynayacaqdınız?

- Komanda təzədir. Futbolçularımı təbrik edirəm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right