Çempionlar Liqası tarixində görünməmiş hadisə

Dünən Çempionlar Liqasının "pley off” mərhələsinin cavab qarşılaşmaları çərçivəsində 5 görüş keçirilib.

Newsport.az-ın məlumatına görə, bununla da "pley off” dan qrup mərhələsinə adlayan 5 komandanın adına aydınlıq gəlib. Belə ki, "Dinamo Zaqreb”, "Malmö”,  "Makkabi”, "Şaxtyor Donetsk” və "Valensiya” ilk xöşbəxt 5-lik olublar. Maraqlı məqam burasındadı ki, sonuncunun qrupa vəsiqə qazanması Çempionlar Liqası tarixində ilkə imza atıb. Belə ki, "Valensiya” İspaniyanın qrupda mübarizə aparaaq 5-ci klubu olub. Bu ana qədər isə heç bir ölkə Çempionlar Liqasının qrupunda 5 komanda ilə mübarizə aparmayıb.
Bu mövsüm İspaniyanı qrup mərhələsində "Real Madrid”, "Barselona”, "Valensiya”,  "Atletiko Madrid” və "Sevilya” komandaları təmsil edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right