"Ferentsvaroş"un veteran futbolçusu: "İki komandanın oyun üslubu bir-birinə oxşayır"

Macarıstan "Ferensvaroş" klubunun və Macarıstan millisinin veteran yarımmüdafiəçisi Kristian Listeş ölkəsinin mətbuatına açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Listeş Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Ferentsvaroş" - "Qarabağ" arasında keçiriləcək cavab görüşü haqda bunları deyib:

"İlk oyun göstərdi ki, "Qarabağ" futbolçularının fərdi ustalığı yüksəkdi, həm də sürətlidilər. Kadi və Almeyda da sıraya dönüb. Buna görə maksimum konsentrasiya lazımdır. Bu gün də oxşar oyun olacağını düşünürəm. Komanda nisbətən balanslı çıxış edəcək. "Ferentsvaroş" yaxşı formadadır, oyunçular motivasiyalıdı və yerli tribunaların dəstəyi əlavə kömək olacaq. “Qarabağ” topa sahib olmağı xoşlayır. Hər iki komandanın oyun üslubu bir-birinə oxşayır. Çətin matç olacaq. Ancaq düşünürəm ki, baş məşqçi düzgün taktika seçəcək. "Ferentsvaroş" yalnız Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağı hədəfləməlidir".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah