"Qarabağ" üçün böyük şok: Şotlandiyadan bəd xəbər gəldi

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün "Seltik"lə qarşılaşacaq "Qarabağ" ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, Ağdam klubunun əsas heyət üzvü Maksim Medvedev zədələnib. 

"Seltik Park" arenada son məşqinə çıxan komanda Maksimin zədələnməsi ilə şoka düşüb. Müdafiəçi məşqçi yarımçıq dayandırıb.

Onun saat 23:45-də başlayacaq matçda meydana çıxıb - çıxmayacağı isə sual altındadı. Bu gün tibbi müayinədən keçəcək futbolçunun "Seltik"lə oyunda oynayıb-oynamayacağı bəlli olacaq.(İdmanxeber.com)

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right