"Qarabağ"a öncədən təslim olmaq fikrində deyilik"-"Rudar"ın kapitanı

"Qarabağ" adi rəqib deyil. Onlar ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində "Tvente"ni mübarizədən kənarlaşdırılıblar. Çempionlar Liqasının III təsnifat mərhələsində az qala "Zalsburq"u da üstələyəcəkdilər".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Rudar"ın kapitanı Nedelko Vlahoviç Monteneqro mətbuatına açıqlamasında deyib.

31 yaşlı futbolçu Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Qarabağ"ı cütün favoriti adlandırıb: "Mən rəqib haqda əzbər söz danışmıram. Onların son nəticələrinə baxıb, fikir bildirirəm. Rəqibin uzun müddət birgə oynayan futbolçuları var. Şübhəsiz ki, "Qarabağ"ın hədəfi Çempionlar Liqasının qrup mərhələsinə düşməkdir.

"Qarabağ"ın favorit olduğunu bilirik. Ancaq əvvəlcədən təslim olmaq fikrində deyilik. Futbolda hər şey mümkündür. Heç bir komanda məğlubedilməz deyil. “Qarabağ”ı təəccübləndirməyə çalışacağıq. Ancaq bu, elə də asan olmayacaq. Arzumuz yaxşı oyun sərgiləmək və daha çox irəliləməkdir. Avropada güclü komandalara qarşı mübarizə aparmaq böyük zövqdür. Azarkeşlərimizə heç nə vəd etmirik. Ancaq bizim yüksək yerlər uğrunda mübarizə apara biləcək komandamız var".

"Qarabağ"ın qol silahı Reynaldo haqda danışan Vlahoviç deyib: "Reynaldo yaxşı hücumçudur. Digərlərindən fərqlənir. O, meydanda təcavüzkarı xatırladır". 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right