Simeon Slavçev: "Cavab oyunu APOEL üçün daha çətin olacaq"

Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprin APOEL klubunu səfərdə 2:1 hesabı ilə məğlub edən "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev açıqlama verib.

 

Newsport.az xəbər verir ki, Bolqarıstan millisinin üzvü qələbəni şərh edib:

 

"APOEL çox yaxşı komandadır. Onların oyun sistemi bizi təəccübləndirdi. Bakıda daha fərqli görüş keçəcək. APOEL üçün daha çətin olacağını düşünürəm. Şansları 50-nin 50-yə hesab edirəm".

 

25 yaşlı futbolçu cavab matçında favorit olmayacaqlarını bildirib:

 

"Cavab matçını doğma stadionda keçirəcəyik. Bizim çoxlu azarkeşimiz var. Bu da bizə pozitiv düşüncələr verir. Ancaq yenə də şansları bərabər sayıram. Favorit olduğumuzu düşünmürəm".

 

2015/16 mövsümünü Kiprin "Apollon" klubunda keçirmiş Slavçev sabiq komandasından danışıb:

 

"Daha əvvəl bu stadionda güclü atmosfer olurdu. APOEL barədə çox danışmaq istəmirəm. Mən Kiprin "Apollon" klubunda çıxış etmişəm və bu komandanın ürəyimdə xüsusi yeri var. Burada yaxşı vaxt keçirmişəm. İndi yaxşı baş məşqçisi və futbolçuları var. Çempionluq uğrunda mübarizə apara bilərlər".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah