"Qarabağ"a hörmət etməliyik" - "Dundalk"ın hücumçusu

"Riqa" ilə matçdan sonra təyyarəyə minəndə rəqibimizin "Qarabağ" olduğunu bilirdik və noutbukda onların oyununu izləyirdik. Bu zaman rəqibin oyun keyfiyyətini görmək olardı. "Qarabağ" sürətli və axıcı oyun sərgiləyir, amma onların da zəif tərəfləri var".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Dundalk"ın futbolçusu Patrik Hoban Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"la ilk matç öncəsi İrlandiya mətbuatına deyib.

27 yaşlı hücumçu həftə ərzində çox çalışdıqlarını bildirib: "Rəqib topla yaxşı oynayır. Evdə oynamağımıza baxmayaraq, onlara hörmət etməliyik. Hər xırda detal üzərində çalışmışıq və bunları meydandan etməliyik. Hər kəs üzərinə düşəni etməsə, cəzalandırılacağıq. "Qarabağ"ın yaxşı hücumçuları var və boş yer buraxmırlar.  Fürsətlərdən istifadə etməliyik, amma səbirli olmalıyıq".

Qeyd edək ki, "Dundalk" - "Qarabağ" görüşü bu gün Bakı vaxtı ilə 22:45-də başlayacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah