Filip Ozobiç: "Qrup mərhələsi barədə danışmaq hələ erkəndir"

“Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın “Partizani” klubuna qarşı cavab oyunundan (2:0, ilk oyun – 0:0) sonra jurnalistlərin suallarını cavablandırdı.
 

Newsport.az-ın məlumatına görə, 28 yaşlı xorvatiyalı futbolçu öncə oyunu şərh edib:

- Oyun çətin alındı. "Partizani" bizə çətinliklər yaratdı. Yaxşı rəqiblə qarşılaşırdıq. Taktiki cəhətdən və müdafiədə çox yaxşı oynadılar.

- İlk hissədə qol vura bilməməyinizin səbəbi nə oldu?

-  Əsas odur ki, lazım olan qolları ikinci hissədə vurub, qələbə qazanmağ bacardıq.

- Baş məşqçi Qurban Qurbanov fasilədə hansı tapşırıqları verdi?

- Bildirdi ki, sakit oynamaq lazımdır, hər şey yaxşı olacaq.

- Başla vurduğunuz qol "Qarabağ"ın mərhələ adlamasına kömək oldu.

- Uzun müddət idi başla qol vurmurdum (gülür). Ancaq ən önəmlisi qələbə qazanmaq idi. İndi II təsnifat mərhələsini gözləyirik.

- Növbəti mərhələdəki rəqibiniz "Dandolk" barədə məlumatınız varmı?

- Xeyr. Ancaq öyrənəcəyik. Yaxşı hazırlaşmaq lazımdır.

- "Partizani"nin II mərhələdəki rəqibdən güclü olduğunu düşünənlər var. Siz bu barədə hansı fikirdəsiniz?

- Bunu deyə bilmərəm. Hər mərhələdə çətin rəqib olur. Əsas bu matçlara yaxşı hazırlaşmaq və baxımlı oyun göstərməkdir.

- "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə düşməsi real görünür?

- İndi bu barədə danışmaq üçün erkəndir. Oyundan-oyuna, mərhələdən-mərhələyə irəliləmək lazımdır. Sonrasını birlikdə görəcəyik.

- "Qəbələ"də olarkən "Dalğa Arena"da "Maribor"a qarşı oynamışdınız. Bu stadion siz üçün necədir?

- Bəli, "Maribor"a qarşı burda oynamışam. Ancaq "Tofiq Bəhramov"da oynamağı sevirəm. Hələ ki, "Dalğa Arena"dayıq. Sonra necə olacaq, bilmirəm. Stadionla bağlı bir problemimiz yoxdur.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah