Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları başa çatıb.
Newsport.az-ın məlumatına görə, "Ayaks" evdə "Yuventus"la qarşılaşıb. Oyun 1-1 hesablı heç-heçə ilə yekunlaşıb.
"Barselona" isə "Mançester Yunayted"in qonağı olub və 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 16-17-si keçiriləcək.
Çempionlar Liqası, 1/4 final mərhələsinin ilk oyunları
10 aprel
23:00.”Ayaks” (Hollandiya) – “Yuventus” (İtaliya) - 1:1
Qollar: Ronaldo, 45 (0:1), D.Neres, 46 (1:1)
23:00.”Mançester Yunayted” (İngiltərə) – “Barselona” (İspaniya) - 0:1
Qol: L.Şou, 13-avtoqol